Yuxunuzda hamilə olduğunuzu görməniz, inkişaf etməkdə olan bir tərəfinizi işarə edər. İnkişaf etməkdə olan bu cəhətiniz fərq etmədiyiniz yeni hisslərinizin ola biləcəyi kimi, həyatınızla bağlı verməyə hələ hazır olmadığınız qərarlarınız da ola bilər. Bu yuxu həyatınızın istiqamətində dəyişiklik, yeni fikirlər və yeni hədəflərin qapıda olduğunu göstərir.
Hamilə qalmaq istəyən qadınlar üçün bu yuxu, özü üçün edəcəyi şeyləri ifadə edir. Hamilə qalmaq istəməyən bir qadın üçün isə almaq istəmədiyi məsuliyyətlər olduğunu göstərir.
Hamilə olub, uşağınızı saldığınızı görmüşsəniz, bəzi planlarınız axsamış ya da ümid etdiyiniz şeylərin yerini ümidsizlik almış ola bilər.
Birinin hamilə olduğunu görməniz halında, yuxunuzda hamilə olduğunu gördüyünüz şəxsi tanıyırsınızsa bu kəsə yaxınlıq hiss etdiyinizi simvolizə edər. Əgər tanımadığınız bir nəfərin hamilə olduğunu görsəniz, bu adamın xüsusiyyətlərini düşünün. Mütləq həyatınızda bu adamın sizə xatırlatdığı insanlar olacaqdır. Yuxunuz yəqin ki, bu insanlarla əlaqədardır.
Gerçək həyatında hamilə olan bir qadının, yuxusunda hamilə olduğunu görməsi, hamiləliklə bağlı qayğılarını göstərir. Üç ilə altı aylıq dövrdə hamilə bir qadının yuxusunda özünü hamilə kimi görməsi, doğumla bağlı narahatlıqları rəmzlər.
Yuxunuzda hamilə olub-olmadığınızdan əmin deyilsəniz və hamiləlik testi etdirməkdəsinizsə, bu yuxu həyatınızda yeni cəhdləri göstərir. Bir iş dəyişikliyi arzusu ola biləcəyi kimi romantik həyatınızla bağlı dəyişikliklər də arzulayır ola bilərsiniz. Yeni dostlarla tanış olmaq üçün yaxşı bir dövrdə olduğunuzu əks edir. Digər bir aspektdən baxanda isə bu yuxu sizin narahatlıqlarınıza işarə edir də ola bilər. Hamiləliyə baxış tərzinizlə bağlı də qiymətləndirilməlidir. Bir az əvvəl qeyd etdiyimiz kimi, hamilə olmaq sizi həqiqətən qorxudursa həyatınızda etmək istəmədiyiniz amma altında qaldığınız məsuliyyətlərə də işarə edər. Həyatınızda daşımağa borclu olduğunuz şeyləri nəzərə alın. Bunları həqiqətən etmək istəyirsinizmi? Bunu düşünüb dəqiq qərarlar verməlisiniz.
Əlaqəli yuxu yozmaları:
Yuxuda bir başqasını hamilə görmək