Yuxuda dəniz görmək maddi olaraq varlanmağa və bərəkətlənməyə işarə edir. İnvestisiya yatıra bilər, yeni əşyalar ala və ya pul yığa bilərsiniz. Bundan başqa, pulunuzun bərəkəti də arta, yeni qazanc qapıları açıla bilər. Yuxusunda dəniz görən insanın könlündə nə varsa baş verər, məqsədlərinə asanlıqla çatar, dəniz kimi zəngin və rəngli bir həyat sürər kimi yozulmaqdadır.
Yuxuda dəniz görmək qazancınızın artacağına işarə edir. Yuxuda görülən dəniz əsasən xeyirə yozular. Gözəl bir dəniz mənzərəsi görməyiniz mənəvi həyatınızda yüksəlməyə və dərindən gələn rahatlığa dəlalət edir. Dənizdə dalğalar olsa belə xeyirli olması mənasını dəyişməz.
Əgər dəniz sizə uzaqdadırsa, fərəhə çatana qədər bir az əziyyət çəkəcəksiniz deməkdir. Dənizi könül rahatlığı ilə izləməyiniz içdən gələn əmin-amanlığı işarə edir.
Dəniz həmçinin günah işləyən bir insan üçün günahlardan peşman olaraq tövbə etməyə də yozulur. Bu yuxu görən adam bir kafir isə dinə qayıdacaqdır.
Yuxusunda bir yolçuluğa çıxdığını və dənizin yolu üzərində bir maneə yaratdığını görən kimsə, planlaşdırdığı səfərə çıxa bilməz kimi yozulmaqdadır.
Yuxuda dəniz suyu görmək
Yuxunuzda dəniz suyunun çoxaldığını görsəniz, dövlətdəki əsgərlərin artacağına, azalmış halda görsəniz, azalacağına dəlalət edir.
Dəniz suyunun daşaraq yaşadığınız bölgənin küçələrinə çatması, bölgə rəhbərliyinə gələcək adamın ədalətli olacağına və faydalı işlər görəcəyinə işarə edir.
Dəniz suyunu əlinizlə toplayıb bir qaba doldurmağınız, övladınızın uzun ömürlü olacağına yozulur.
Dəniz suyunu toplamaq, dövlətdən gələcək bir xeyirə işarə edir.
Yuxuda dəniz suyu içmək
Yuxusunda dəniz suyu içən adam həm maddi, həm mənəvi olaraq böyük rifaha qovuşar. Qazancında çətinlik varsa, gəliri artar, sevgi münasibətlərində problemlər varsa, həll olar, ev içindəki rahatlığı geri gələr.
Alternativ olaraq yeni təlimlərə başlaya bilərsiniz. Hər hansı bir kursa getmək kimi informasiya ehtiyatınızı artıracaq müxtəlif fəaliyyətlərdə iştirak edə bilərsiniz. Əgər dəniz suyunun hamısını içmişsəniz, müdrikliyə çatacağınıza dəlalət edir.
İçdiyiniz dəniz suyu əgər çirklidirsə, bəzi şeylərin sizi narahat edəcəyinə yozulur.
İçdiyiniz dəniz suyu əgər acı və ya duzlu isə, rəhbərlik etdiyiniz adamlara qarşı xəsislik edəcəyinizə işarə edir. Digər bir yozuma görə isə, düşmənlərinə qarşı məğlub olacağınıza yozular. Həmçinin bu yuxu dövlət qapısında bir problemlə qarşılaşacağını da göstərir.
İçdiyiniz dəniz suyu əgər soyuq isə, elm sahibi biriysəniz, sahib olduğunuz məlumatların sizə hər vəziyyətdə və hər zaman fayda verəcəyinə dəlalət edir. Digər bir yuxu yozumuna görə, bu yuxu məhkəmə qapısında bir işinizin olacağına işarə edir. Əgər yuxu sahibi kimsə, dövlət idarəsində çalışırsa ətrafı tərəfindən sevilir və sayılır.
İçdiyiniz dəniz suyu əgər isti isə, etdiyiniz günahlar dolayısıyla, başınıza bir bəla gələcəyi şəkildə yozulur. Bu səbəblə günahdan çəkinmək lazımdır.
İçilən dəniz suyu sizə gələn nemətlərin miqdarını göstərir. Çox dəniz suyu içsən evinizin qazancı çox artacaqdır.
Həmçinin bu məsələdə fərqli bir yozma da mövcuddur. Yuxuda dəniz suyu içmək, liderliyin rəmzidir. Kiçik ya da böyük bir insan icmasına liderlik edə bilərsiniz.
Digər bir yuxu yozumuna görə isə, dövlət böyükləri tərəfindən gələcək faydaya işarə edir.
Yuxuda dənizdən su almaq
Dənizdən su aldığınızı görsəniz, investisiya yatıracağınıza işarə edir. Pul yığa və ya dəyəri yüksələcək əmtəələrə yönələ bilərsiniz.
Əgər yuxunuzda dənizdəki suyu alaraq bir yerə doldurmusunuzsa, bu yuxu sahib olacağınız övladınızın uzun ömürlü olacağının əlamətidir.
Yuxuda dəniz üzərində yerimək
Yuxunuzda dənizdə yeridiyinizi görməniz, imanınızın artacağının müjdəsidir. Bu yuxu dini dünyanızdakı təkamülə işarə edir. Dünya işlərindən çəkiləcəyinizə və əmin-amanlığı öz içinizdə tapacağınız kimi yozulur.
Digər bir yuxu yozumuna görə dənizdə gəzmək çətinliklərdən xilas olmağa işarədir.
Alternativ olaraq, dəniz üzərində yerimək, ailənizdən birindən və ya yaxın bir dostunuzdan yardım görəcəyiniz şəklində yozulur.
Belə bir yuxu görən kimsənin dünyəvi işləri də yolunda gedər. Önü açılar və girdiyi işlər asanlaşar.
Dəniz üzərində piyada gəzmək, bir yerdən bir yerə səyahət edəcəyinizə dəlalət edir.
Dənizin üstündə yerimək həmçinin ümidinizin kəsildiyi bir işin yoluna girəcəyinə yada rütbə sahibi olacağınız kimi də yorulmaqdadır.
Yuxuda dənizi ikiyə bölmək
Yuxusunda dənizi ikiyə ayırdığını görən adam rahata qovuşar, bütün sıxıntıları yox olar. Rahatlığını pozan və beyninə saldığı bütün problemlər bir-bir həll edilər.
Yuxuda dənizdə oturmaq
Dənizdə oturduğunuzu görsəniz, yüksək rütbə sahibi bir şəxs ilə görüşəcəyinizə dəlalət edir. Bu görüş sizin faydanıza olacaqdır.
Yuxuda dənizdə dayanmaq
Dənizin içində özünüzü nə edəcəkmiş kimi çaşmış bir şəkildə görməniz, çalışdığınız işdəki və ya idarə etdiyiniz işdəki qeyri-müəyyənliklərə yozulmaqdadır.
Yuxuda dənizi keçmək
Yuxunuzda dənizi keçdiyinizi görməyiniz, hər hansı bir hüquqi prosesdə isəniz qərarın xeyirinizə nəticələnəcəyinə, mal əldə etmək məqsədi ilə bəzi adamlar ilə mübarizədə isəniz bu mübarizədə qələbə qazanacağınıza dəlalət edir.
Belə bir yuxu görən həmçinin daşınmaz əmlak da ala bilər. Əgər ev və ya maşın almağı düşünürsünüzsə, bu xəyalınız baş tuta bilər.
Yuxuda dənizdə yuyunmaq
Dənizə daxil olaraq bədəninizi yumağınız keçmişdə törətdiyiniz günahlardan tövbə etməyi işarə edir. Hər hansı bir ruhi və ya fiziki narahatlığınız varsa, qısa müddətdə şəfa tapacaqsınız. İşinizdə çətinlik çəkirsinizsə yaxın zamanda ödəmələrinizi edəcəksiniz. Sizi narahat edən, incidən və sıxıntı verən hallardan xilas olarsınız. Bu yuxu günahlara tövbə ediləcəyinə də yozulur. Yuxu görən adam qısa müddət içərisində günahlarının fərqinə varar və tövbə edərək təkrar etməməyə çalışar.
Yuxuda dənizin daşması
Yuxuda dənizin daşması, çıxacağınız bir yolda qarşınıza çıxacaq və sizi qorxudacaq bəzi hadisələrlə rastlaşacağınızı xəbər verir.
Yuxuda dənizin qurumasını görmək
Yuxunuzda dənizin tamamilə quruduğunu görməyiniz əslində yalnız sizi maraqlandıran bir vəziyyətin xəbərçisi deyil. Dəniz bütün bəşəriyyətə xidmət edən bir nemət qapısıdır. Dolayısı ilə yuxu yozumu edən adamlar dənizin vəziyyətinin yuxu görən adamın yaşadığı şəhər, ya da ölkəni təmsil etdiyini düşünürlər. Dənizin tamamilə qurumuş olması isə, ölkə rəhbərliyindəki şəxslərin uğursuzluğuna yozulur. Dəniz zəminini görə biləcəyiniz qədər dəniz qurumuşdursa ölkə rəhbərliyinin ədalətli olmayan bir insan olacağına işarə edir.
Dənizin qurumadığını amma dəniz suyunun azaldığını görməyiniz isə, yaşadığınız ölkədəki iqtisadi böhranların qapıda olduğuna dəlalət edir.
Dəniz suyunun azalaraq, dənizin bir dərə və ya gölməçə halını alması, ölkədəki dövlət rəhbərliyinin dəyişəcəyinə dəlalət edir.
Yuxuda fırtınalı dəniz görmək
Yuxuda fırtınalı dəniz görmək, ədalətli olmayan bir dövlət rəhbərinə yozulur. Tam əksinə, dənizin sakit olması isə ədalətli olan bir dövlət rəhbərinə yozulmaqdadır.
Alternativ olaraq, yuxuda fırtınalı dəniz görmək, çox əmək verəcəyiniz və üzərində çox çalışacağınız işlərə işarə edir. Bu işlər maddiyyat ilə bağlı ola biləcəyi kimi mənəvi olaraq saydığınız şeylər də ola bilər.
Fırtınalı dənizdə üzdüyünüzü görməniz, narahatlıqlarınızın yerini əmin-amanlığın alacağının müjdəçisidir.
Fırtınalı bir dənizə düşməyiniz, canınızı sıxan bəzi halların başınıza gələcəyinə yozulur. Düşəndən sonra ölməyinizi görsəniz, röya hər nə qədər pismiş kimi görünsə də başınıza gələn bu cansıxıcı vəziyyətdən çıxacağınızın müjdəsini verir. Bu yuxunun bu şəkildə ifadə edilməsinin səbəbi isə dənizdə boğularaq ölən kəslərin cənnətlik sayılmasıdır.
Digər bir yuxu yozumuna görə isə; Yuxuda fırtınalı dəniz görmək, həyatınızın büsbütün fərqlənəcəyinə işarə edir. Ard-arda baş verəcək hadisələrdən sonra xoşbəxtliyə çatacaqsınız deməkdir.
Yuxuda durğun dəniz görmək
Yuxusunda durğun bir dəniz görən kimsə, yaxın zamanda böyük sevinclər yaşayacaqdır. Məqsədlərinə müvəffəq olacaqdır.
Yuxuda şəffaf dəniz görmək
Yuxuda durğun və aydın bir dəniz, ədalətli davranacaq bir liderə işarə edir.
Yuxuda mavi dəniz görmək
Yuxusunda mavi, yaşıl, ya da turkuaz amma nə rəngdə olursa-olsun sakit və gözəl bir dəniz görmək, insanın təkamülündə böyük bir mərhələ adlayacağına yozulur. Yaşamınızdakı hadisələrə daha fərqli bir nəzərdən baxmağa başlayacaqsınız. Həyatınızdakı hər şeyə çox daha başqa bir məna verə bilərsiniz. Sizin üçün çox əhəmiyyətli kimi görünən məsələlər bir anda boş və lazımsız gələ bilər. Canınızı sıxan, sizi incidən hallar və hadisələr, düşüncə tərziniz dəyişdiyindən dolayı bəsit və mənasız görünəcəkdir. Belə bir yuxu təkmilləşmənin və daxili rahatlığın simvoludur.
Yuxunuzda gördüyünüz dəniz mavi rəngdədirsə həyatınıza yeni mənalar qatacaq şəkildə daxili təkamül yaşayacaqsınız deməkdir.
Yuxuda dalğalı dəniz görmək
Yuxuda dəniz görmək yuxu yozanlara görə hər zaman xoşbəxtliyi ifadə edir. Dənizin dalğalı olması sizi narahat etməsin. Dəniz dalğalı olsa belə gələcək xoşbəxtliyin rəmzidir. Dalğalı dəniz isə bəzi çətin dövrləri keçəcəyinizi işarə edir. Bu sıxıntılı günlərdə dik dayanaraq, səbirlə gözləyin. Xoşbəxtlik dərhal sonra heç gözləmədiyiniz və necə olacağını təxmin belə edə bilmədiyiniz şəkildə gələcəkdir.
Digər bir yuxu yozumuna görə isə, dənizin şirin sulu olub dalğalı olması imana çatacağınızı xəbər verir; Acı sulu və dalğalı olması isə küfrə bulaşmağa işarə edir.
Yuxuda təlatümlü dəniz görmək
Dənizdə təlatümlər olduğunu görsəniz yaxın günlərdə bir sıxıntı keçirəcəyinizə işarə edir.
Yuxuda çirkin dəniz görmək
Yuxunuzda gördüyünüz dəniz bulanıq, çirkin və sizə özünüzü yaxşı hiss etdirməyən cinsdən bir görüntüyə sahib isə; hər hansısa bir məsələdə nigaran olacağınız mənasına gəlir.
Çirkin bir dənizə düşərək suyun dibinə doğru endiyini görən kimsənin başından pis hadisə keçər.
Çirkin bir dənizdə üzmək sizi çətinə salacaq bir işə girməyi ancaq bu işdən üzünüzün ağı ilə çıxmağınıza dəlalət edir.
Yuxuda dənizə dalmaq
Yuxuda dənizə dalaraq, dənizin dibinə qədər enib sonra dəniz səthinə çıxmağınız qismətiniz açılacağına yozular.
Yuxunuzda dənizin dibinə enərək oradan bir istridiyə çıxartmağınız, evinizə və sizə gələcək pula və satın alınacaq əşyalara dəlalət edir.
Yuxuda dəniz canlıları ilə danışmaq
Yuxuda balıq, meduza, səkkizayaqlı ilbizlər kimi dəniz canlıları ilə danışmaq, ölkə rəhbərliyinin gizli məlumatlarının aşkara çıxacağını kimi yozulmaqdadır.
Yuxuda dənizdə qüsl dəstəmazı almaq
Yuxusunda dənizə daxil olaraq qüsl dəstəmazı aldığını görən adamın maddi vəziyyətində son dərəcə böyük bir dəyişiklik meydana gələr. Öz dolanışığını davam etdirməkdə çətinlik çəkirsə belə bir anda böyük bir rahatlığa qovuşar. Yuxunu görən varlıdırsa, sərvətinə daha da çox sərvət qatar.
Yuxuda dənizdə üzmək
Yuxuda dənizdə üzmək çox gəzəcəyinizin müjdəçisidir. Belə bir planınız olmasa belə, hadisələr sizin daimi istirahətə çıxmağınıza imkan verə bilər.
Alternativ olaraq, yuxunuzda dənizdə üzdüyünüzü görməniz, məhəbbət və iş həyatında xoşbəxtliyə işarə edər.
Üzərək dənizdən çıxmaq isə məhbus üçün həbs halının son tapacağına yozular. Həbs vəziyyəti təkcə fiziki olmaq məcburiyyətində deyil. İçindən çıxa bilmədiyiniz münasibətləriniz son tapa bilər, borc altında qalmışsanız borcunuzdan xilas ola bilərsiniz. Dünyada sizi həbsdə hiss etdirən şeylər ortadan itər. Bu yuxu xəstələr üçün də qısa müddətdə şəfa tapacağına dəlalət edər.
Dənizdə çətin üzdüyünü, üzmək üçün çox səy göstərdiyini görmək, çətinlikli bir işə başlayacağınızı bildirir. Bu yuxunun bir digər mənası isə yuxu sahibinin həbsə düşəcəyi və vəkillərlə məşğul olacağı istiqamətindədir.
Yuxuda dənizdən xəzinə çıxarmaq
Yuxunuzda dənizdə xəzinə tapmağınız və dənizə dalaraq bu xəzinəni çıxarmağınız, bəxtinizin artacağına və ətrafınız tərəfindən mötəbər bir şəxs olacağınıza dəlalət edir.
Yuxuda dənizdə boğulmaq
Yuxuda dənizdə boğulduğunuzu görməyiniz hədsiz dərəcədə ehtiraslı bir şəkildə işlərinizə tutunduğunuzun göstəricisidir. İşinizi ehtirasla etməyiniz gözəl bir şeydir amma eyni zamanda işinizə özünüzü həsr etməklə, iş və puldan başqa bir şey düşünməmək özünüzə zərər verməyiniz mənasına gəlir.
Digər bir yuxu yozmaya görə isə, boğulduğunuzu görməyiniz çətinlikləri dəf etməyinizə və rahata çıxacağınız kimi yozulmaqdadır.
Yuxuda dənizə girmək
Yuxuda dənizə girmək, dini həyatınızdakı gözəlliklərə işarə edir. Fərz olan ibadətləri yerinə yetirmək məsələsində çətinlik çəkirsinizsə, artıq bu ibadətlər sizə çox asan gələcəkdir.
Digər bir yuxu yozmasına görə isə dənizə girmək dövlət qapısından bir kömək alacağınız şəklində şərh olunur. Bu yuxu adətən dövlət qapısında yaxşı bir mövqe sahibi tanıdığınız vasitəsilə fayda görəcəyiniz istiqamətindədir.
Yuxuda dəniz fənəri görmək
Yuxuda dəniz fənəri görmək, can sıxıcı bəzi hadisələr yaşayacaqsınız şəklində yozulur.
Yuxuda dənizə işəmək
Yuxuda dənizə işəmək, əlinizdə olan şeylər üçün kifayət qədər şükr etmədiyiniz və hətta daha çoxunu əldə edə bilmədiyiniz üçün hirsləndiyinizə dəlalət edir.
Yuxuda dənizə səyahət etmək
Gəmi, yaxta ya da hər hansı bir dəniz nəqliyyatı ilə dənizə səyahət etdiyinizi görməyiniz, fikirlərinizlə bağlı köklü dəyişiklikləri işarə edər. Həyatı yaşamaq şəkiliniz tamamilə dəyişə bilər. Bu dəyişiklik müsbət istiqamətdə olacaq. Dənizə açılmaq təkamülün də simvoludur.
Yuxuda dəniz köpüyü görmək
Yuxunuzda dənizdə köpüklər görməyiniz, yaxın zamanda sizə miras qalacağından xəbər verir.
Yuxuda dəniz sahili görmək
Yuxunuzda özünüzü bir dəniz sahilində dənizi izləyərkən görmüşsəniz, ehtiraslı bir eşq yaşayacaqsınız deməkdir.
Yuxuda dənizə düşmək
Yuxunuzda dənizə düşsəniz, ummadığınız bir vəziyyətin nəticəsində, gözlədiyinizdən də çox maddi qazanc təmin edərsiniz.
Yuxuda dalğa səsləri dinləmək
Yuxunuzda uzaqdan gələn dalğa səslərini dinləməyiniz tənhalıq hiss etdiyinizi göstərir. Belə bir yuxu görən adam, eyni zamanda daim tərsliklər yaşayaraq pessimizmə düşmüş də ola bilər. Tənhalıq və pessimizmə görə özünüzü pis hiss edir ola bilərsiniz ancaq əhvalınızı yüksək tutub, gözəl düşünməli və işlərinizə sıx yapışmalısınız.
Yuxuda dəniz görmənin psixoloji şərhi
Yuxuda görülən dəniz, şüuraltı və şüur arasındakı keçidin simvoludur. Bununla yanaşı dəniz, duyğuların rəmzidir. Beyninizdə qəzəb, eşq, sevgi, kədər kimi hisslərinizi boğmuş ola bilərsiniz. Bu basdırılma o qədər güclüdür ki, hisslərinizin heç vaxt fərqinə varmayacaqsınız. Beyniniz sizə hisslərinizin nə olduğunu izah etməyə çalışır.
Alternativ olaraq, yuxuda dəniz görmək, içinizdə gizlətdiyiniz yaradıcı düşüncələri də işarə edər. Çatışmamazlıq hissinizin olması səbəbi ilə fərqində olmadığınız bir potensiala malik ola bilərsiniz. Şəxsiyyətinizi tamamilə öz xeyrinizə istifadə edə bilmir ola bilərsiniz.
Bir başqa aspektdən baxdıqda dəniz rahatlığı və əmin-amanlığı da işarə edər.
Dənizə gəmi və ya qayıqla səyahət etməyiniz, azadlıq fikirinizi təmsil edir.
Dənizin fırtınalı olması daxili duyğularınızın qarışıqlığını əks edir.