Yuxuda hamilə olmaq yuxu yozmasında hamilə olduğunu görən adam, evliliyində bəzi problemlər yaşayacaqdır. Yuxu sahibi real həyatda hamilədirsə, rahat bir hamiləlik keçirəcəkdir.
Başqa bir yuxuyozmaya görə bu yuxunu görən evlənməmiş bir gənc qızdırsa, gördüyü işlərdə önə çıxacaq və uğur qazanacaq. Yuxunu görən evli bir qadındırsa, bu yuxu sevincli xəbərlərə işarədir.
İbn-i Sirin, bu yuxunu görən qadınların və kişilərin maddi qazanc və yüksəlişə işarə etdiyini söyləmişdir.
Hamiləlik əsasən xeyirə yozulur. Hamiləlik yeni bir doğuluşu ifadə edir, doğuşun hazırlıq dövrüdür. Buna görə də, bu yuxuda həm kişi, həm də qadın üçün xeyirli mənalar daşımaqdadır.
Bekar olan bir insan yuxuda özünü hamilə görsə, tezliklə evlənəcək deməkdir.
Üləma bu mövzuda oxşar bir şərh etmişdir: Hamiləlik, şəxsin istəklərinə çatacağının xəbərçisidir.
Kirmani isə bu yuxunu dünya malına işarə edərək yozmaqdadır: Yuxuda hamilə olduğunu görən adamın gəliri artıracaq və mal sahibi olacaqdır.
Yuxuda hamilə olduğunu görən insanın şəxsi münasibətlərində xoşbəxt olacağı da deyilir. Bu yuxunu görən insan evlidirsə, həyat yoldaşı ilə mehribanlığı artar və evlərinə xoşbəxtlik gələr. Subay insanlar üçün isə yeni bir münasibət və sevgi səadəti gözlənilir.
Bəzi yuzuyozanlara görə, hamilə olduğunu görən bir adam, gizlətdiyi bir şeyin açıqlanmasına görə sıxıntıya düşər. Alternativ olaraq, bu yuxu biliyi olanlar üçün daha çox biliklərə işarə edir. Hər hansı bir təlim alırsınızsa, aldığınız təlimdən bol şəkildə faydalanacaqsınız. Hər nə qədər yuxuyozanlara görə kişi özünü hamilə görərsə çətinlik və ümidsizliyə işarə etsə də, bu yuxunun maddi xoşbəxtlik qazanılacağı kimi yozulmaqdadır. Gözlənilməz qazanclar və ya artımlar sizin üzünüzün gülümsəməsinə səbəb ola bilər.
Əlaqəli yuxu yozmaları:
Yuxuda bir başqasını hamilə görmək
Yuxuda hamiləlik görmənin psixoloji şərhi
1 Comment
Yuxuda əkiz oglan usagina hamilə idim və sevinirdim bunun mənasini deyə bilersiz?